Rumıniya futbolunun canlı əfsanələrindən Georgi Haci karyerasını Rusiyada davam etdirə bilər. Sportarena.az xəbər verir ki, 50 yaşlı mütəxəssis "Rubin"in baş məşqçi postuna əsas namizəddir. Bu barədə Rumıniya mətbuatı xəbər yayıb.
İddiaya görə, hazırda "Vitorul"un sükanı arxasında olan Haciyə illik 4 milyon avro təklif olunub. Ancaq təcrübəli çalışdırıcı hələlik Kazan təmsilçisinin təklifinə cavab verməyib.
Bununla belə ruslar Hacini razı salmaq üçün Rumıniyaya yollanıblar.