Tribunaya qumbara keçirmək istədi, alınmadı

14:24 16 Dekabr 2015

İsrailin "Beytar" klubunun azarkeşi ölkə çempionatında "Hapoel"lə oyun zamanı saxlanılıb.

 

Sportarena.az xəbər verir ki, qonaq komanda fanatı meydan sahiblərinin tribunasına iflicedici xüsusiyyətə malik qumbara keçirməyə cəhd edərkən yaxalanıb.
O, stadiondan təcridxanaya göndərilib.

 

Stadion yaxınlığında isə azarkeşlərin davası düşüb. Nəticədə bir neçə şəxs ciddi zədə alıb. İsrail siyasətçiləri fan-klubları cinayətkar qruplaşma adlandıraraq, onların ləğvini tələb ediblər.

 

Qeyd edək ki, görüş qolsuz yekunlaşıb - 0:0.


Digər xəbərlər

Xəbər xətti