"Bu heç-heçə mənim üçün qələbəyə bərabərdir" - Samir Abasov

19:09 16 Dekabr 2015

"Əks hücumlara güvənmişdik, başqa cür oynaya da bilməzdik. Görüşdən öncə deyirdilər ki, “Qarabağ”la matçda təzyiq etsək, rahat olar. Amma biz bundan öncə “İnter”ə qarşı ağır oyun keçirmişdik, bizim üçün çətinlik yaranardı".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib. O, Premyer Liqanın XVII turunda "Qarabağ"la səfər heç-heçəsini şərh edib:

 

"20 dekabrda fasilə yaranmasına baxmayaraq, bir neçə oyunçumuz hələ də tam hazır deyil. Çünki bəzi futbolçular bizə gec qoşulublar. Bütün bu problemlərə baxmayaraq, oyun sona qədər istədiyimiz kimi gedirdi. Amma son dəqiqələrdə buraxılan qol bizi qələbəsiz qoydu. Amma “Qarabağ”la oyunda qeydə alınan heç-heçə mənim üçün qələbəyə bərabərdir".


Digər xəbərlər

Xəbər xətti