Qriqorçuk cavab vermədi: "İstefa məsələsinə şərhim yoxdur"

21:33 16 Dekabr 2015

Azərbaycan Premyer Liqasının XVII turunda “Qəbələ”ni 1-0 hesabı ilə məğlub edən “Zirə” turnir cədvəlinin ikinci pilləsinə yüksəldi.  

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “İstefa məsələsinə şərhim yoxdur. Oyundan öncə Sergey Zenyovla danışmışdıq, zədədən yeni qayıdıb. Erkən əvəzləməkdə məqsəd Zenyovu zədədən qorumaq idi. Mən futbolçulara təşəkkür edirəm, oyunu isə qarşıdakı günlərdə təhlil edəcəyik. İlk hissədə bəzi oyunçular məsuliyyəti öz üzərlərinə götürə bilmədilər, ikinci hissədə isə belə hal yaşanmadı”.   


Digər xəbərlər

Xəbər xətti