"Azəryol" uğurları sıralayır

22:02 16 Dekabr 2015

Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin cavab matçları keçirilib.
Sportarena.az xəbər verir ki, 1/4 finala gedən yolda Azərbaycan təmsilçisi “Azəryol” da meydana çıxıb.

Komandamız Bakıda Finlandiyanın “Salo” klubunu qəbul edib. Görüşün “Azəryol” üçün asan keçəcəyi gözlənilsə də, tam əksi baş verib. Səfərdə 3:0 hesabı ilə qalib gələn Ziya Rəcəbovun yetirmələri doğma divarlar arasında rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib.

Z. Rəcəbovun baş məşqçi postuna gətirilməsindən sonra ardıcıl 5-ci qələbəsini qazanan “Azəryol” mübarizəni 1/4 finalda davam etdirəcək. Onların bu mərhələdə rəqibi “Maribor” (Sloveniya) – “Muşina” (Polşa) cütünün qalibi olacaq. Polşalılar ilk qarşılaşmada 3:1 hesablı qələbə qazandıqlarından cavab matçında da favorit hesab olunurlar.

10 dekabr
CEV kuboku
1/8 final, cavab oyunu

“Azəryol” (Azərbaycan) - “Salo” (Finlandiya) - 3:2 (21:25; 25:10; 23:25; 25:21; 15:11)
Bakı, “Azərreyl” İdman Bazası

İlk oyun: “Salo” (Finlandiya) – “Azəryol” (Azərbaycan) - 0:3 (16:25, 19:25, 23:25)


Digər xəbərlər

Xəbər xətti