Klub prezidenti: "Hazırda "Sumqayıt"ın maliyyə problemi yoxdur"

00:19 17 Dekabr 2015

Biz səfərdə oynasaq da, "Qarabağ"ın öz meydanında məğlub olacağı bir komanda ola bilərdik. Çünki oyunun gedişatı belə bir vəziyyət yaratmışdı. Futbolçularımız əllərindən gələni etsələr də, qismət olmadı. Ancaq bununla belə, biz bu gün gözəl oyunun şahidi olduq".
Sportarena.az xəbər verir ki, bunu "Sumqayıt" futbol klubunun prezidenti Kamran Quliyev "Qarabağ" - "Sumqayıt" görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, "Sumqayıt" klubunda inkişaf var: "Məşqçilər korpusu komandaya yeni nəfəs verib. Futbolçular yeni göstərişləri, taktiki məsələləri yaxşı anlayırlar. Hesab edirəm ki, futbolçularla məşqçilər korpusu arasında vəhdət yaranıb. İndi əldə olunan bunun nəticəsidir. Bu günədək hesabda irəli olsaq da, məğlub başa vurduğumuz və ya heç-heçə etməklə itirdiyimiz xalları saysaq, indi ilk üçlükdəydik".
K.Quliyev hazırda "Sumqayıt"ın maliyyə probleminin olmadığını söyləyib: "Hazırda futbolçularımıza, məşqçilərimizə və hansısa təşkilata heç bir borcumuz yoxdur. Ancaq dünyada və ölkədə müəyyən proseslər baş verir. Bu da heç kimə təsirsiz ötüşməyəcək. Təbii ki, bizə də təsir edə bilər. Ona görə də hansısa proqnoz verə bilmərəm. Ancaq bu cür oyunla ilk pillələrdə olmağı istəyərdik. Niyə də olmasın?".
Klub prezidenti qış toplanışının böyük ehtimalla Sumqayıtda olacağını da qeyd edib: "Azərbaycan Premyer Liqasında çıxış komandaların bir neçəsi ölkədə qalacaq. Həmin klublarla da yoldaşlıq oyunlarının keçirilməsini istəyərdik. Çünki biz balanslaşdırılmış büdcəylə işləyirik. Bizim büdcəmiz indiki xərclər üçün kifayət edir, artıq xərclər üçün mütləq əlavə vəsait lazımdır. Həmin əlavə vəsaiti də əldə edəcəyimizə inanmıram. Əgər gələn ilin mayında "Kapital Bank" və "PAŞA Həyat"la müqavilələr uzadılarsa, onda "Sumqayıt"a əlavə vəsait daxil olacaq. Biz məşqçilər korpusu ilə dekabrın 20-i və ya 21-də görüşəcəyik. Baş məşqçi və baş menecerlə transfer məsələsini müzakirə edib, qərarlar verəcəyik. Bu məsələ əvvəl onlardan, ən sonda isə bizdən asılıdır. Bizdə istəyərdik ki, hazırda mətbuatda adları hallanan Kamran Ağayev, Rahid Əmirquliyev "Sumqayıt"da çıxış etsinlər. Ancaq biz gücümüz çatdığı qədər məşqçilər korpusunun istədiyi futbolçuları transfer etməyə çalışacağıq. Kamran Ağayevin "Sumqayıt"a transferi ilə yayılan məlumatlar ciddi deyil. Biz sadəcə qapıçıya komandamızda şərait yaratmışıq. Çünki Kamran Azərbaycan millisinin aparıcı qapıçılarındandır. Bu baxımdan ona məşq etməsi üçün şərait yaratmaq hər bir klubun borcudur".
K.Quliyev həmçinin bu ay "Sumqayıt" futbol klubunun Müşahidə Şurasının iclasının keçiriləcəyini və həmin toplantıda komandaya legioner cəlb edilib-edilməməsi məsələsinə aydınlıq gətiriləcəyini də vurğulayıb: "Hazırda "Sumqayıt"ın avrokuboklarda çıxış edə bilməsi üçün UEFA lisenziyasının alınması məqsədilə zəruri addımlar atırıq. Klubun lisenziya şöbəsinə bununla bağlı göstəriş vermişik. İnfrastruktur baxımından da müəyyən çatışmazlıqlar var, ancaq bəzi müddəaları yerinə yetirə bilirik". (Report.az)


Digər xəbərlər

Xəbər xətti