Bu gün Topaz Premyer Liqasında XVII tura yekun vurulacaq. Sportarena.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Lənkəranda keçiriləcək. Yerli "Xəzər Lənkəran" doğma azarkeşləri önündə "Kəpəz"i qəbul edəcək.
Turun son oyununda isə "Neftçi" və AZAL klubları üz-üzə gələcəklər.
Topaz Premyer Liqası, XVII tur
17 dekabr
14:00. "Xəzər Lənkəran" – "Kəpəz" 0:1
Qol: Şəhriyar Rəhimov, 66
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Coşqun Həsənov, Mahir Məmmədov
Lənkəran şəhər stadionu.
17:00. "Neftçi" – AZAL 0:1
Qol: Ruslan Nəsirli, 29
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev
"Bakcell Arena" stadionu.