“Qalib gəlmək istəyirdik. Təəssüf ki, fərdi səhvdən qol buraxdıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənləran"ın baş məşqçisi Yunis Hüseynov "Kəpəz"ə uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.
O, komandasındakı problemlərdən danışıb: “Kəpəz” layiq olduğu qələbəni qazandı, öz komandamın çıxışından razı deyiləm. Qış fasiləsinə qədər cəmi 1 oyunumuz qalıb. “İnter”lə oyuna qədər zədəli futbolçuların sıraya dönməsini təmin etməliyik ki, meydançaya 11 oyunçu buraxaq”.