"Çelsi" Joze Mourinyonu istefaya göndərib. Sportarena.az xəbər verir ki, buna səbəb komandanın cari mövsümdə əldə etdiyi uğursuz nəticələrdi.
Məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, Mourinyo bu il avqustun 7-də London klubu ilə müqaviləni uzatmışdı. Lakin yeni mövsümdə komanda uğursuz çıxış edib. Hazırda 16 turdan cəmi 15 xal toplayan “Çelsi” Premyer Liqada 16-cı yeri tutur.