Premyer Liqanın XVII turunda doğma meydanda “Kəpəz”ə 1:0 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportarena.az xəbər verir ki, cənub təmsilçisi təkcə bu gün istirahət edəcək. Sabah isə səhər saatlarında Lənkəranda toplanaraq paytaxta yola düşəcəcək komanda Bakıya çatdıqdan sonra “New baku” otelində məskunlaşacaq və saat 16:30-da “İnter Arena” stadionunda oyunöncəsi son məşqinə çıxacaq. Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XVIII turu çərçivəsində ilin son matçında dekabrın 20-də səfərdə “İnter”lə üz-üzə gələcək. (12cioyuncu.info)