Monteneqro millisinin baş məşqçisi Branko Brnoviçi istefaya göndərilib.
Sportaren.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssisə gələcək karyerasına uğurlar arzulanıb.
Qeyd edək ki, Monteneqro millisi "Avro-2016"da oynadığı G qrupunda 11 xal toplayarq qrupu 4-cü pillədə tamamlayıb və final mərhələsinə vəsiqə qazana bilməyib.