"Formula-1" üçün büdcə açıqlandı

12:27 18 Dekabr 2015

Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisi məqsədilə nəzərdə tutulan yollarda təmir işləri üçün 12 milyon manat civarında vəsaitin ayrılması təsdiqlənib.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransında məlumat verib.

 

Nazir bildirib ki, bu günədək Formula 1 üçün Əməliyyat Şirkəti tərəfindən 5 milyon manatadək xərclənib. O, Azadlıq Meydanında pit-stopun tikintisi üçün tender elan ediləcəyini söyləyib. A.Rəhimov ümumi büdcənin 3-4 aya formalaşacağını da açıqlayıb.

 

Təxminən 30 min biletin satışa çıxarılacağını deyən nazir qiymətlərin 19 manatdan başlayacağını əlavə edib.


Digər xəbərlər

Xəbər xətti