Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportarena.az xəbər verir ki, iclasda Premyer Liqanın XVII turunda keçirilmiş oyunlarla bağlı bir sıra qərarlar qəbul olunub:
15 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Premyer Liqanın XVII turunun “Rəvan” – “İnter” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
16 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Premyer Liqasının XVII turunun “Qarabağ” – “Sumqayıt” matçının 90+1-ci dəqiqəsində “Qarabağ” klubunun 29 №-li futbolçusu Rydell Poepon ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
17 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Premyer Liqanın XVII turunun “Xəzər Lənkəran” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.