Premyer Liqanın XVIII turunda "Kəpəz"in qonağı olacaq "Neftçi" bu oyuna ciddi itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, "ağ-qaralar"ın ispaniyalı hücumçusu Anyete Gəncədəki matçı buraxacaq. Buna səbəb onun AZAL-la oyunda mövsümdə 4-cü sarı vərəqə görməsidir.
Qeyd edək ki, "Kəpəz" - "Neftçi" oyunu dekabrın 20-si, saat 14:00-da başlayacaq.