Topaz Premyer Liqasının qış fasiləsi öncəsi son oyununda Gəncədə “Neftçi”ni qəbul edəcək “Kəpəz” istirahət etmədən XVIII turun hazırlığına start verəcək.
Sportarena.az xəbər verir ki, dünən “Xəzər Lənkəran”la matçdan sonra Yevlaxa gələn komanda bu gün qaldığı bazanın meydançasında məşqə çıxacaq. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.
Qeyd edək ki,“Kəpəz” - “Neftçi” oyunu dekabrın 20-də Gəncə şəhər stadionunda keçiriləcək.