"Qarabağ" ilin son qarşılaşmasının hazırlıqlarını davam etdirir. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqanın XVIII turunda "Qəbələ"ni qəbul edəcək Ağdam təmsilçisi 1 məşqin ardından oyun saatını gözləyəcək.
Qış fasiləsi öncəsi komandada Raydell Pupon "Sumqayıt"la baş tutan sonuncu qarşılaşmada qırmızı vərəqə alaraq cəzalı duruma düşüb. Bundan başqa 1 aya yaxındır zədəli olan Əl-Harbi Əl- Jadeoui də oyunu buraxacaq.
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" qarşılaşması sabah saat 18:00-da Suraxanıdakı "Azərsun Arena"da keçiriləcək.