"Qəbələ"nin tarixi uğurunda böyük əməyi olan komandanın baş məşqçisi Roman Qriqorçukun da xidmətləri diqqətdən kənarda qalmayıb. Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis "İlin baş məşqçisi" nominasiyasında bütün həmkarlarını arxada qoyub.
Bu mükafat tədbirə qatılan mütəxəssisin özünə təqdim olunub. Ukraynalı çalışdırıcı mükafatlandırılmasına münasibət bildirib:
"Hәr kәsә, bütün azәrbaycanlı futbol adamlarına tәşәkkür edirәm. Azәrbaycanda ən yaxşı məşqçi adına layiq çox mütəxəssis var. Buna layiq görüldüyüm üçün sevincliyәm".