Yeni ildən iddiasını artırmaq istəyən AZAL bu yöndə ilk addımını atıb. Sportarena.az xəbər verir ki, "təyyarəçilər" artıq bir əcnəbi futbolçu ilə razılığa gəliblər.
Bu barədə klubun rəsmi saytına müsahibəsin Fikrət Hüseynov məlumat verib. Vitse-prezidentin sözlərinə görə, meksikalı Adan Koronado ilə müqavilə bağlanılıb. 25 yaşlı cinah yarımmüdafiəçisi yanvarın 6-da komandaya qoşulacaq.
Qeyd edək ki, Koronado ötən ilin yayından bu yana klubsuzdu.