Cüdoçularımızdan 9 medal

22:13 18 Dekabr 2015

Bu gün yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Üç gün ərzində Bakı idman Sarayında keçirilən yarışda “Qəbələ” İdman Klubunun üzvləri də iştirak edib. Çempionata qatılan 23 idmançımızdan 9-u yarışı fəxri kürsüdə başa vurub. “Qəbələ”nin cüdoçuları 3 qızıl medal qazanıb. Rayon bölməmizin idmançısı İmran Yusifov 90 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlayıb. Sensasiyaya imza atan istedadlı cüdoçumuz Qəbələ rayon bölməsinin bu idman növündə yeniyetmələr arasında Azərbaycan çempionu olan ilk təmsilçisidir. Ondan başqa Şəhanə Hacıyeva 44 kq, Nərgiz Hacıyeva isə 63 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olublar. 50 kq çəki dərəcəsində qüvvəsini sınayan Rövşən Əliyev və 40 kq çəkidə çıxış edən Fazilə Aslanova yalnız finalda uduzaraq, yarışı 2-ci pillədə başa vurub. Aslanova Yusifov kimi rayon bölməsinin hesabına medal yazdırıb. Bununla da bölməmiz 9 mükafatdan ikisinə yiyələnib. Klubumuzun daha 4 üzvü birinciliyi 3-cü pillədə başa vurub. Əmrah Səlimli 50 kq, Nazir Talıbov 46 kq, Nicat Kərimov 73 kq, Rəşad Dünyamalıyev 55 kq çəki dərəcəsində 3-cü olublar. 


Digər xəbərlər

Xəbər xətti