"Bavariya"lı futbolçu ardıcıl 5-ci dəfə ən yaxşı oldu

22:45 18 Dekabr 2015

"Bavariya"nın müdafiəçisi David Alaba Avstriyada ilin futbolçusu seçilib. 

Sportarena.az xəbər verir ki,  Avstriya millisinin üzvü bu mükafata  artıq ardıcıl 5-ci dəfədi ki layiq görülür.

Münhen klubunun futbolçusu mükafatla bağlı bunları deyib: "Bu mənim üçün böyük bir şərəfdi. Allaha, məşqçilərimə və komanda yoldaşlarıma təşəkkürümü bildirirəm".

Alaba səsvermədə Kiyev "Dinamo"sundan Aleksandr Draqoviçi, "Stok City"dən Marko Arnautoviçi və "Verder"dən Zlatko Yunuzoviçi qabaqlayıb.


Digər xəbərlər

Xəbər xətti