Cənub RFF 2015-ci ilin ən yaxşılarını müəyyənləşdirdi

01:32 19 Dekabr 2015

Cənub Regional Futbol Federasiyası ölkə Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ciillərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, 2015-ci il ərzində ölkə futbolunun inkişafında göstərdiyi xidmətlərə görə Cənub zonasını təmsil edən rayonlarda klub, idarə-müəssisə, təşkilatlar və fərdi şəxslərin fəaliyyətlərini nəzərə almaqla ilin ən yaxşılarını müəyyənləşdirib. Ümumilikdə, 11 nominasiyada ən yaxşılar seçilib. Mükafata layiq görülənlərin siyahısını diqqətinizə çatdırırıq:
 
1.İlin futbol adamı: Tofiq Heydərov – “Zirvə“BİK-nin təsiscisi
Cənub Regionunda “Zirvə” Futbol Klubunun yaradılmasına və komandaya göstərdiyi dəstəyə görə.
 
2.İlin ən yaxşı peşəkar yerli futbolçusu:
Elnur Cəfərov (“Xəzər-Lənkəran” FK) və Mübarək  Şahquliyev (“Nefçala” FK)
 
3.İlin ən yaxşı peşəkar legioner futbolçusu: Adrian Skarlatake (“XəzərLənkəran” FK)
 
4.İlin ən yaxşı həvəskar futbolçusu: Nihad Əhmədov – “Boradigah” (Masallı), Röyal İbadov- “Viləş”(Masallı), Səbiyev Rafiq- “Qaraçala”(Salyan), Məmmədli Elməddin- “Dinamio” ( Yardımlı).
 
5.İlin ən yaxşı gənc futbolçuları:  İbrahim Qədirli (“XəzərLənkəran” FK), Elşən Rzazadə (“Xəzər-Lənkəran” FK)
 
İlin ən yaxşı futbol komandaları:
“Neftçala” FK – I Divizionun lideri
 
Biləsuvar UGİM – U-14 Liqasının lideri
 
“Zirvə“ FK-U-12 Liqasının lideri.
 
7.İlin ən yaxşı  futbol məşqçiləri: Kamal Quliyev-  “Neftçala” FK-nın baş məşqçisi, Orxan Əhmədov –“Zirvə” FK-nın baş məşqçisi, Məzahir Rəhimov- BiləsuvarUGİM U-14-nün baş məşqçisi, Elvin Qurbanov –“XəzərLənkəran” FKU-17-nin baş məşqçisi, Xalid Ağayev-UGİM-Lənkəranın qızlardan ibarət komandasının baş məşqçisi
 
8.İlin ən fəal rayon federasiya nümayəndəsi: Fəryaz İbayev– Yardımlı, Aydın Aslanov – Neftçala, Rövşən Süleymanov – Masallı
 
9.Cənub regionunda futbol sahəsini işıqlandıran ilin ən yaxşı KİV nümayəndəsi: Kənan Məstəliyev – Rekord.az saytı, İslam Cabbarlı – 12cioyunçu.info saytı
 
Cənub regionunda futbol xəbərlərini işıqlandıran ilin ən yaxşı KİV-lər: “ZİRVƏ” BİK-nin saytı – zirve-ik.com, Cənub Regional Televiziya Şirkəti
 
Uşaq futbolunun inkişafında göstərdiyi xidmətlərə görə seçilən ilin ən yaxşı təşkilatları: -AƏFM (Açıq Əyləncəli Futbol  Məktəbinin Azərbaycan nümayəndəliyi), -“Zirvə” Beynəlxalq İdman Klubu


Digər xəbərlər

Xəbər xətti