“Avropa Liqasında mövsüm çox ugurlu oldu. “Qəbələ”nin qrupa düsməsi böyük nailiyytdir. Bunun təsadüfi olmadıgını əsas mərhələdə sübut etməyə çalısdıq. Komandamızın qrup istirakçısı olması təsnifat mərhələsində göstərdiyi əzmkar oyununun nəticəsi idi”
Sportarena.az xəbər verir ki, bu fikirləri “Qəbələ İK” qəzetinə açıqlamasında "Qəbələ" klubunun müdafiəçisi Arif Daşdəmirov deyib. Təcrübəli futbolçu Avropa Liqasının 2015/16 mövsümündə çıxışını başa vuran komandasının çıxışını dəyərləndirib.
Arifin fikrincə, əksər oyunlarda yaxşı təsir bağışlayan komanda
qrup mərhələsində daha çox xal toplaya bilərdi. O, hər matçda meydana 3 xal qazanmaq üçün çıxdıqlarını deyir: “Təəssüf ki, qrupdan növbəti mərhələyə çıxa bilmədik. Ancaq rəqiblərimizin
güclü olduğunu, növbəti mərhələyə adlamağın asan olmadığını unutmamalıyıq. Rəqibdən asılı olmayaq qalibiyyət istəyimiz böyük idi. Azərbaycan xalqını qrup mərhələsində də sevindirmək istəyirdik. PAOK-la hər iki matçda buna yaxın idik. “Krasnodar”la səfər matçında daha yaxşı oynadıq, hətta 3 qol vurduq. Lakin baş hakim qollardan 2-ni saymadı.“Borussiya”ya və “Krasnodar”la cavab matçında böyük hesabla uduzsaq da, zəif təsir bağışlamadıq. Qol şanslarımız da oldu, sadəcə, istifadə edə bilmədik”.
Daşdəmirov futbolda idman xoşbəxtliyini vacib amil hesab edir və bir çox oyunlarda bəxtimizin gətirmədiyinə görə üzülür: “Borussiya”yla Bakıdakı oyunu xüsusi qeyd edərdim. Belə güclü rəqiblə matçda ilk 20 dəqiqədə 3 real qol imkanımız oldu, istifadə edə bilmədik. Yoxsa, nəticə başqa cür ola bilərdi. PAOK həmin “Borussiya”ya səfərdə daha çox bəxtin sayəsində qalib gəldi. Oyunun statistikasına baxsaq görərik ki, yunanlar “çərçivə”yə cəmi 1 zərbə vurub, o da qol olub. Ancaq “Borussiya” 10 zərbənin qarşılığında qol sevinci yaşaya bilməyib. Top 2-3 dəfə dirəyə dəyib, PAOK-un qapısına daxil olmayıb. Yəni həmin gün idman
xoşbəxtliyi qonaqların tərəfində olub”.
Arif “Qəbələ”nin Avropa Liqasında keçirdiyi 14 oyunun hamısında meydanda olan 4 futbolçusundan biridir. Digər 3 nəfərin – Aleksey Qay, Sergey Zenyov və Aleksey Antonovun legioner olduğunu nəzərə alsaq, Daşdəmirov ən çox oyun keçirən yerli futbolçumuzdur. Futbolçu bunu özü üçün qürurverici göstərici sayır: “Çox xoşbəxtəm ki, qrup mərhələsinin iştirakçısı oldum.
Bu, futbolçu kimi böyük arzum idi və buna “Qəbələ”də çatdım. Uğurlu çıxışımızla həm klub, həm də ölkənin reytinqini
artırdıq. Qrup mərhələsi bizə böyük təcrübə qazandırdı və görüb-götürdüklərimizin gələcəkdə çox faydası olacaq. Qrupda oynamaqla komandada özünəinam artdı. Bütün bunlar cəmi
2 mövsümdür avrokuboklarda çıxış edən klub üçün böyük irəliləyişdir. Növbəti mövsümdə yenidən qrupa düşməyə və mərhələ adlamağa çalışmalıyıq”.
Arif komandamızın çempionatın ikinci dövrəsində uğursuz çıxışına da toxunub. O, xal itkilərini “Qəbələ”nin “iki cəbhə”də çıxış etməsiylə əlaqələndirmir: “Hər komandada eniş olur. Avropa
klubları da sıx qrafikdə oynayır. Doğrudur, “iki cəbhə”də mübarizə aparmaq çətindir. Ancaq futbolçunun inkişafı üçün 3 gündən bir oynamaq yaxşıdır. Çox xal itirmişiksə, bunda, ilk növbədə, özümüz günahkarıq. Futbolda uğursuzluq olanda ruhdan düşmək işə yaramır. Əksinə, daha çox işləmək və vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Bu vəziyyətdən birgə səylərimizlə çıxmalıyıq”.
Müdafiəçi lider “Qarabağ”la xal fərqinin 9-a çatmasına görə, ruhdan düşmədiklərini deyir və hesab edir ki, liderlə böyük xal fərqini aradan qaldırmaq yaxşı motivasiyadır. O, “Niyə ruhdan düşməyliyik? Əlbəttə, “Qarabağ”la xal fərqimiz 1-2 deyil, 10-dur. Onu da yaxşı başa düşürük ki, çempionatın sonuna hələ tam 2 dövrə, “Qarabağ”la isə 3 oyunumuz qalır. Bunun biri qış fasiləsinədək olacaq. Deməli, “Qarabağ”a qalib gəlsək, xal fərqini 7-yə endirmiş olacağıq. Komandamızın potensialı böyükdür. Avropa Liqası artıq bizim üçün arxada qaldığından, bütün gücümüzü çempionata qoymalıyıq. Mövsümün əvvəlindən qarşımıza çempionluq vəzifəsi qoyulub və bu, indi də qüvvədə qalır. Bu mənada mövsümün ikinci yarısında mübarizə daha maraqlı olacaq. Bu, çox yaxşı haldır ki, komanda qarşısına böyük məqsəd qoyur və ona çatmağa çalışır. Bunun üçüncə oyunlara yaxşı köklənmək, xal ehtiyatını maksimum artırmaq çox vacibdir
ki. Çempion olmaq istəyiriksə, qış fasiləsinə 2-ci yerdə möhkəmlənərək yollanmaq çox vacibdir” - deyib.