"Çelsi"nin baş məşqçisi postundan istefaya göndərilən Joze Mourinyo karyerasını İngiltərədə davam etdirmək niyyətindədir.
Sportarena.az xəbər verir ki, portuqal mütəxəsisin təmsilçiləri artıq "Mançetser Yunayted" rəhbərliyi ilə görüşüblər. Onun "manikunianlar"ın baş məşqçisi olmasına münasibət birmənalı deyil. İdarə heyətinin üzvlərindən bəzisi Mourinyonu yaxşı variant hesab etsə də, bəzisi də gənc mütəxəsisin futbol fəlsəfəsi ilə "Manchester United"in prinsiplərinin uyğun gəlmədiyini düşünür. Klub rəhbərliyi Van Qaalın 2017-ci ilə qədər öz vəzifəsində qalacağına da inanır. "Manikunianlar" artıq Qvardiolanın agentiylə də əlaqə saxlayıblar. Amma katalon məşqçiyə ən real namizəd Mançester şəhərinin digər təmsilçisi "Mançester Siti" göstərilir.