"Belə vaxtda toparlanmaq çətindir" - Şahin Diniyev

00:06 20 Dekabr 2015

Azərbaycan Premyer Liqasının XIIIV turunda dekabrın 20-də Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” hazırlığını Yevlaxda davam etdirir.

Sportarena.az klubun saytına istinadən yaydığı xəbərə görə, dekabrın 17-dən Yevlaxda olan komanda Bakı klubu ilə oyun öncəsi son məşqini də bu şəhərdə keçirib.

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev  “Neftçi” ilə oyunla bağlı fikirlərini bölüşüb:

“Əvvəlcə onu deyim ki, Yevlaxda bizə yaradılan şəraitdən məmnunuq. Bərpa olunmaq üçün gözəl məkandır, sakitlik var. İlin son sınağına hazırlaşırıq. Qarşıdakı oyunun da çətin keçəcəyini söyləmək olar. Çünki “Neftçi” adı artıq rəqib haqda hər şeyi deyir, əlavə təqdimata ehtiyac yoxdur. Hər zaman iddialı olan köklü klubumuzdur. Çalışacağıq ki, uğurlu nəticə qazanaq. Çətin olsa da, bunu bacarmağa çalışacağıq. İlin son oyunudur, ona görə də hamı “çemodan” əhval-ruhiyyəsindədir. Futbolçular məzuniyyətə buraxılacaqlar. Belə vaxtda toparlanmaq çətindir. Lakin mən inanıram ki, yaxşı oyun sərgiləyib evə gülərüzlə gedəcəyik. Yorğunluq var, bu da başa düşüləndir. Bir heyətlə oynayırıq, rotasiya etməyə gücümüz yoxdur”. 


Digər xəbərlər

Xəbər xətti