Bu gün Topaz Premyer Liqasında XVIII tura start verilib.
"Qarabağ" doğma meydanda "Qəbələ"ni qəbul edir.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı ("Azərsun Arena") matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərh edib:
- Sizə elə gəlmir ki, oyunun heç-heçə bitməsinə səbəb "Qəbələ"nin müdafiəyə çəkilməsi oldu?
- Oyunda erkən qol vurduq. Bundan sonra hücum edərək, 2-ci qolu vurmalıydıq. Ancaq bunu bacara bilmədik və rəqib üstünlüyü ələ alaraq, hesabı bərabərləşdirdi. Bu, istədiyim oyun deyil. Penaltidən fərqlənmək şansımız olsa da, bunu dəyərləndirə bilmədik.
- Komandada Cavid Hüseynovun yeri nə dərəcədə görünür?
- Cavid həm Azərbaycan futbolu üçün, həm də bizim üçün çox vacib oyunçudu. Onun üçün çox darıxırıq. İstəyərdik ki, onunla bağlı vəziyyət tezliklə düzəlsin. Komandada onun yeri görünür. Çox istəyərdim ki, o, azadlığa çıxsın və yeni ildən bizimlə olsun.
- Komandada penalti zərbələrini kim yerinə yetirir? Dodonu penaltini qola çevirə bilmədiyinə görə cəza gözləyir?
- Mən hər oyundan öncə penaltini kimin vuracağını deyirdim. Ancaq bu dəfə deməmişdim. Yəqin ki, Dodo özünə çox güvəndiyindən topa yaxınlaşdı. Təəssüf ki, penaltini dəyərləndirə bilmədi. Bizdə adətən penalti zərbələrini Aleksey Qay yerinə yetirir.
- Qış fasiləsində komandaya yeni futbolçular qoşulacaq?
- Bu barədə hələ ki, heç nə deyə bilmərəm. Çünki hələ dəqiq heç nə yoxdu. Danışıqlar yekunlaşdıqdan sonra demək olar. Bizdən ayrılan futbolçular da olacaq. Ola bilsin, hansısa futbolçuyla danışıqlar getsin, ancaq transfer alınmasın. Belə olduğu halda, yeni suallar meydana çıxır.
- Oyunun 84-cü dəqiqəsində hakim topun "Qəbələ"dən çıxdığını bildirsə də, İlqar Qurbanov topun ondan meydanı tərk etdiyini dedi və bundan sonra Qurban Qurbanovun göstərişiylə top "Qəbələ" futbolçularına qaytarıldı...
- Məncə, bu təqdirəlayiq haldı. Bir müddət öncə penaltiylə bağlı da belə hal olmuşdu.