"Qarabağ"ın futbolçusu Cavid Tağıyev "Qəbələ" ilə 1:1 başa çatan oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı fikirlərini bilmək maraqlı olardı...
- Çətin oyun oldu. "Qəbələ" komandası da son iki oyun bizim kimi qələbə qazana bilmirdi. Məqsəd 3 xal idi. Əlimizdən gələni etdik. Lakin olmadı. Belə olmalı imiş.
- "Qarabağ" "Qəbələ"yə güzəştə getdi, yoxsa tam gücünüz ilə oynadınız?
- Yox deməzdim ki, güzəştə getdik. Tam gücümüzü qoyduq oyuna. Alınmadı. Qol epizodlarından yararlana bilmədik.
- Etiraf edək ki, rəqib daha istəkli idi...
- Kənardan elə görünə bilər, lakin biz özümüz də bu oyuna ciddi hazırlaşırdıq. Məncə pis oynamadıq. Yəni hər iki komanda yaxşı oynadı deyə düşünürəm. Qol epizodlarına görə bizim üstünlüyümüz vardı.
- Arxayınçılıq varmıydı?
- Məncə yox. Ola bilər "qara zolaq"dayıq. Ancaq yenə deyirəm, bütün komandalar kimi biz də meydana qələbə qazanmaq üçün çıxırıq.
- Öz oyunu necə dəyərləndirirsən?
- Özüm öz oyunumu qiymətləndirə bilmərəm. Heç nə deyə bilmərəm bu haqda. Amma əlimdən gələni etdim ki, komanda üçün faydalı olum.
- Sənə elə gəlmirmi ki, start heyəti sənə daha çox düşərli olur?
- Əsas heyət ya da sonradan daxil olma məşqçinin qərarıdı. Düzünü desəm, bunu özümdə hiss etməmişdim. Penaltidən sonra düşündüm ki, artıq hesab 0:2 olacaq. Şehiç penaltini qaytaranda çox sevindim. Ona "çox sağ ol" deyirəm.