Premyer Liqanın 18-ci turunun son oyununda "İnter"ə 2:0 hesabı ilə məğlub olan "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov matçdan sonra bunları deyib:
"İnter"i qəbələ münasibətilə təbrik edirəm. Bizə gəlincə, çox zəif oynadıq. Oyunçularımız demək olar ki, yox səviyyəsindədir. Dünən əvəzedicilərin çempionatında oynamış futbolçunu bu gün meydana daxil etmək məcburiyyət qaldıq. Rəhbərliklə danışıqlarımız olacaq. Premyer Liqada qalmağımız üçün komandaya ən azı 15 yeni futbolçu lazımdır. Ancaq transfer məsələsi məndən asılı deyil".