"Zirə"nin baş məşqçisi: "Ona güvəndik, gözlədik, lakin alınmadı"

23:23 20 Dekabr 2015

Bu gün Topaz Premyer Liqasında 18-ci tura yekun vurulacaq və komandalar qış fasiləsinə yollanacaq.


 AZAL doğma meydanda "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

"AZAL Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Adil Şükürov məğlubiyyəti belə şərh edib: “Rəqibin baş məşqçisi Tərlan Əhmədovu təbrik edirəm. Yaxşı kollektiv formalaşdırıb. AZAL-ın evdə yaxşı oynadığını bilirdik. Oyundan əvvəl futbolçularla da bu haqda danışmışdıq. Həmişə mövsümün ən çətin oyunları 1-ci və sonuncu matçları olur. Bu da təbiidi. Çünki son görüşdə futbolçular yorğun olur”.

- Həmişə meydanda aktiv olan Nelson Bonilya bu gün sönük oyun nümayiş etdirdi. Bu nə ilə əlaqədardı? Ola bilərmi ki, futbolçu tətilə getmək üçün darıxır?

- Ona güvəndik, gözlədik, lakin alınmadı. Əvəzetmə də fayda vermədi. Futbolçularla oturub, ciddi-ciddi söhbət edəcəm.

- “Zirə” cari mövsümdə səfərdə keçirdiyi 9 görüşün yalnız birində qalib gəlib. Bu nədən irəli gəlir? Komandada səfər sindiromu var?

- Buna baxmayaraq, evdə çox qələbələr qazanmışıq. Turnir cədvəlində də yaxşı mövqelərin birində qərarlaşmışıq. Bizim bu mövqeyə gəlməyimizin özü surprizdi. Burada qeyri-adi bir şey yoxdu.


Digər xəbərlər

Xəbər xətti