Millimizin üzvü oynamadı, komandası qalib gəldi

11:02 21 Dekabr 2015

Almaniya Bundesliqasında 17-ci turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Ayntraxt" da növbəti matçına çıxıb.

 

Frankfurt təmsilçisi doğma meydanda "Verder"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, "Ayntraxt" hazırda 17 xalla 14-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti