Cahangir Hacıyev təcridxanaya köçürüldü

11:17 21 Dekabr 2015

Barəsində həbs qətimkan tədbiri seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri, "İnter"in keçmiş sahibi Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə report-a C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

 

O, hazırda C.Hacıyevin 1 saylı Bakı İstintaq Təcridxanasında olduğunu deyib.

 

Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. O, həmin vaxtdan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılırdı.

 

Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.


Digər xəbərlər

Xəbər xətti