“Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının XVIII turunun “Kəpəz” klubu ilə səfər oyunundan sonra keçirilmiş mətbuat konfransında fikirlərini bildirib. Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları söyləyib:
"Oyun çətin keçdi. Meydança normal futbol oynamağa imkan vermirdi. Belə meydançada oynamaq ağır idi. Standart vəziyyətlərdən daha çox yararlanmağa çalışırdıq. Bir neçə epizodda hesabda irəli keçə bilərdik. Hesab edirəm ki, iki xal itirdik. Fəhmin Muradbəylinin zədələnməsinə gəlincə, onu xəstəxanaya aparıblar, ümid edirik ki, zədəsi çox ağır olmaz".