Türkiyə PTT 1-ci liqasında 16-cı turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, millimizin sabiq müdafiəçisi Ufuk Budağın çıxış etdiyi "Qaziantep BB" səfərdə "Girəsunspor" ilə qarşılaşıb. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb. O, 59-cu dəqiqədə sarı vərəqə almağa da imkan tapıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 23 xalla 9-cu pillədə qərarlaşıb.