"Qarabağ" Azərbaycan Premyer Liqasında II dövrənin qalibi olub. Sportarena.az xəbər verir ki, mövsümün ilk yarısını 1-ci yerdə başa vuran Ağdam təmsilçisi son 9 turda hamıdan çox - 18 xal toplayıb.
I dövrənin qalibi “Qəbələ”dən yalnız əlavə göstəricilərdə geri qalan Qurban Qurbanovun komandası liderliyə II dövrədəki nəticələri ilə yüksəlib. Ağdamlılar burada hamıdan çox – 5 qələbə qazanıb,
“Kəpəz” kimi 1 dəfə uduzub və hamıdan az – 4 top buraxıb. II dövrədə “Sumqayıt” hamıdan çox – 17 qol vurub. Ümumiyyətlə dövrənin 45 matçında 89 qol vurulub.