FİFA futbol dünyasını sarsıdan qərar verib. Sportarena.az ANS PRESS-ə istinadən xəbər verir ki, adı rüşvət qalmaqalında hallanan UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 il müddətinə futboldan kənarlaşdırılıb.
Etika komitəsi tərəfindən verilən bu qərar FİFA-nın rəsmi saytında yer alıb. Onların hər ikisinə idmanın bu sahəsi ilə məşğul olmaq qadağan edilib. FİFA-da korrupsiya ilə bağlı qalmaqal bu ilin yazından, bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb.
FİFA futbol dünyasını sarsıdan qərar verib. ANS PRESS-in məlumatına görə, adı rüşvət qalmaqalında hallanan UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 il müddətinə futboldan kənarlaşdırılıb.
Etika komitəsi tərəfindən verilən bu qərar FİFA-nın rəsmi saytında yer alıb. Onların hər ikisinə idmanın bu sahəsi ilə məşğul olmaq qadağan edilib.
FİFA-da korrupsiya ilə bağlı qalmaqal bu ilin yazından, bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb.
2018-ci il və 2022-ci il Dünya Çempionatına ev sahibliyi edəcək ölkələrin korrupsiya müqabilində seçilməsinə dair işi Federal Təhqiqat Bürosu (FTB) və ABŞ prokurorluğu araşdırıb.
Oktyabrın əvvəlində FİFA-nın etika komitəsinin qərarına görə, Yozef Blatter futbol sahəsində işdən 90 gün müddətinə kənarlaşdırılmışdı.
Eyni xarakterli sanksiyalar qurumun baş katibi Jerom Valke və UEFA-nın Prezidenti Mişel Platiniyə qarşı da tətbiq olunub.
1998-ci ildən FİFA prezidenti olan Yozef Blatter mayın 29-da yenidən bu posta seçilib. Lakin iyun ayında korrupsiya qalmaqalı ilə əlaqədar istefa verdiyini açıqlamışdı. Quruma növbəti seçkilər isə gələn ilin fevralında baş tutacaq.