"Qəbələ"yə lazım olmadı, çempionla anlaşdı

16:17 21 Dekabr 2015

"Qəbələ" ilə yollarını ayıran Derlis Meza Kollinin yeni klubu müəyyənləşib. Sportarena.az xəbər verir ki, o, bundan sonra vətənində çıxış edəcək.

 

Belə ki, 27 yaşlı Kolli Paraqvayın "Serro Portene" klubu ilə anlaşıb. Tərəflər artıq bütün məsələlərdə razılığa gəliblər

 

Qeyd edək ki, Derlis "Qəbələ"yə bu mövsümün əvvəlində keçmişdi. Amma tərəflər bir neçə gün öncə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.


Digər xəbərlər

Xəbər xətti