"Xəzər Lənkəran"da qeyri-müəyyənlik

16:42 21 Dekabr 2015

İlin son oyununda səfərdə aldığı məğlubiyyətdən sonra "Xəzər Lənkəran" sərbəst buraxılıb. Sportarena.az "12cioyuncu.info"ya istinadən xəbər verir ki, komandanın sonrakı taleyinə aydınlıq gələndən sonra komandanın harada toplanacağı da məlum olacaq.

 

25-dekabr tarixinə qədər baş məşqçi Yunis Hüseynovun klub prezidenti Mais Mənsimovla görüşəcəyi gözlənilir. Məhz həmin görüşdə komandanın dövrələrarası qış fasiləsi üçün hazırlıq planları ətrafında müzakirələr aparılacaq və transferlərlə bağlı yekun qərar qəbul olunacaq. Bundan sonra heyətin toplanacağı gün də müəyyənləşəcək.


Digər xəbərlər

Xəbər xətti