"Ola bilsin ki, komandadan 2-3 futbolçu ayrılsın. Amma, bu barədə dəqiq heç nə deyə bilmərəm. Bu barədə rəhbərliklə görüşmüşük. Yaxın günlərdə mətbuata açıqlama verəcəyik".
Sportarena.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib. Gürcü mütəxəssis kluba tətbiq olunan sanksiyalar barədə də danışıb:
"Sanksiya barədə də onu deyə bilərəm ki, bu problemin aradan qaldırılması üçün lazım olan işlər görülür. Yəqin ki, bunun da öhdəsindən gələ biləcəyik. "İnter"də müəyyən probemlər olsa da, ayrılmaq barədə fikrim yoxdur".