Topaz Premyer Liqasının XVIII turu çərçivəsində "Kəpəz"lə səfər oyununda zədələnən "Neftçi"nin futbolçusu Fəhmin Muradbəylinin durumuna aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, bu gün həkim müayinəsindən keçən gənc hücumçunun zədəsinin ciddi olmadığı məlum olub.
Bununla belə, onun ayağı minimum üç həftə gipsdə qalmalıdı. Fəhmin ən yaxşı halda yanvar ayının ortalarında sıraya dönəcək.