"Qarabağ" klubu 2015-2016 mövsümün fasiləsində ilk transferini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, qış fasiləsi başlar-başlamaz komanda sıralarına yeni futbolçu qatıb. Azərbaycan millisinin üzvü Rahid Əmirquliyev artıq komandanın uğurları üçün top "qovacaq". 26 yaşlı yarımmüdafiəçi Qusar futbol məktəbinin yetirməsidi. 2006-cı ildə "Xəzər-Lənkəran"a transfer olunan Əmiquliyev bugünə qədər `ağ-yaşıl`lar üçün tər töküb.
Artıq komanda ilə müqavilə bağlayan Rahid 2,5 il sazişə imza atıb. Millimizin üzvü Yanvarın 5-də toplaşacaq "Qarabağ"ın sıralarına qoşulacaq.