Məhşur telekanal "Formula 1"i yayımlamaqdan imtina etdi

21:46 21 Dekabr 2015

2016-cı ildə keçiriləcək "Formula 1" üzrə Qran Pri İngiltərənin "Channel 4" telekanalı vasitəsilə yayımlanacaq.

Sportarena.az xəbər verir ki, bu barədə çempionatın baş meneceri Berni Ekklstoun açıqlama verib.

O, "Formula 1"in İngiltərədə yayımçısı olan BBC kanalının müqavilə şərtlərini yerinə yetirə bilmədiyini və bu səbəbdən yeni yayım şirkəti ilə anlaşdıqlarını bildirib: "Buna baxmayaraq şadam ki, "Formula 1" zamanı yarışlar reklamsız və fasiləsiz yayımlanacaq. Əminəm ki, "Channel 4" BBC ilə eyni səviyyədə qalmayacaq və yeni yanaşmalar təklif edəcək".

Qeyd edək ki, "Formula 1"in yayım hüququ BBC telekanalına məxsus idi. Lakin tərəflər yeni şərtlərdə razılaşmadıqlarından, yayım "Channel 4" kanalına verilib. Yeni yayımçı tamaşaçılara 2016-cı ildə keçiriləcək 10 Qran Prini, seçmə mərhələ və digər 11 mərhələnin ən maraqlı anlarını təqdim edəcək.


Digər xəbərlər

Xəbər xətti