"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo 3 yaşlı livanlı fanatı Heydər Mustafa ilə görüşüb.
Sportarena.az xəbər verir ki, bir müddət öncə livanlı jurnalist Rana Harbi "Tvitter" sosial şəbəkəsində #CristianoMeetHaidar (Kriştiano Haydarla görüşəcək) haştaqını paylaşıb. Bu haştaq qısa müddətdə məhşurlaşıb. Daha sonra Ronaldonun nümayəndələri sözügedən jurnalistlə əlaqə saxlayaraq görüşü reallaşdırmağa nail olublar.
Qeyd edək ki, Heydər Mustafanın valideynləri Beyrutda terror aktı zamanı dünyasını dəyişib.