Barselona futbolçuları klublararası dünya çempionatında fərdi mükafatlarını da alıblar.
Sportarena.az xəbər verir ki, turnirin ən yaxşı futbolçusu Luis Suares seçilib. Ona qızıl toplu statuya təqdim edilib.
Gümüş top Lionel Messiyə , bürünc isə Andres İnyestaya verilib.
Qeyd edək ki, turnirdə Suares 2 oyunda 5 qol vurub.