Dohada şahmatçılar arasında keçirilən “Qətər Masters Open” davam edir. Sportarena.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov ikinci turda Jonq Janqla (Sinqapur) üz-üzə gəlib.
Qara fiqurlarla oynayan qrossmeysterimiz bu dəfə də heç-heçə ilə kifayətlənib. O, III turda amerikalı Aleksandr Lendermanla zəkasını yoxlayacaq.
Qeyd edək ki, aktivində 1,5 xalı olan Məmmədyarov 10-20-ci yerlərə şərikdi.