Azərbaycan Cüdo Federasiyasının (ACF) rəhbərliyində baş vermiş məlum dəyişiklikdən sonra regionlarda bu idman növünə diqqət yenidən artıb. Sportarena.az xəbər verir ki, tanınmış cüdo mütəxəssisi, ACF-nin regionlar üzrə koordinatoru Tərlan Poladov Qəbələdə səfərdə olub. Səfər zamanı o, Qəbələ də daxil olmaqla region rayonlarında (İsmayıllı, Şamaxı, Oğuz və Ağsu) çalışan cüdo məşqçilərinin və idmançıların iştirakı ilə iclas, daha sonra isə seminar keçirib.
İclasda regionda cüdonun problemləri və onların həll yolları muzakirə olunub, məşqçi-müəllimlərin şikayət və təklifləri dinlənilib. “Qəbələ” İdman Klubunun rayonda cüdonun inkişafında gördüyü işlər xüsusi vurğulanıb. Sonda klubumuzun məşqçisi Rail İsmayılova son illərdə rayonda gördüyü işlərə görə təşəkkür edilib və o, regionun koordinatoru təyin edilib.
İclasdan sonra “Qəbələ” Futbol Akademiyasının binasında yerləşən yeni cudo zalında region idmançılarının iştirakı ilə praktik seminar keçirilib. Seminara rəhbərlik edən Tərlan Poladov təcrübəsini gənc cüdoçularla bölüşub və onlara öz tövsiyyələrini verib.
"Qəbələ İK"