31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə AFFA və "Kəpəz" PFK İctimai Birliyinin əməkdaşları Gəncə şəhərindəki uşaq evində olub.
Sportarena.az xəbər verir ki, valideyn himayəsindən məhrum olan uşaqların bayramlarını təbrik edən tədbir iştirakçıları onlara hər iki qurum adından toplar və idman geyimləri təqdim ediblər.
Qonaqlara dərin təşəkkürünü bildirən uşaq evinin kollektivi ilə sonda xatirə şəkli çəkilib.