AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında I divizionun XIII turunun oyunları da müzakirə olunub.
Sportarena.az xəbər verir ki, "Qaradağ Lökbatan" – "Ağsu" matçının 90-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi Arif Rizvanov texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
"Göyəzən" – "Energetik" matçının 61-ci dəqiqəsində “Energetik” klubunun 14 №-li futbolçusu Ruslan Həmidov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
“Neftçala” – “Mil-Muğan” matçında “Neftçala” və “Mil-Muğan” klublarının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub.