Manatın devalvasiyası Azərbaycanda 2016-cı ildə keçiriləcək Formula 1 yarışının və 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının büdcəsinə heç bir təsir göstərməyəcək. Sportarena.az APA-ya istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, hər iki yarışmanın büdcəsi artıq təsdiq olunub.
Onun sözlərinə görə, hər iki yarışın idmançıları yarışlarda öz ölkələrinin vəsaiti hesabına iştirak edəcəklər.