Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Rüstəm Orucov Portuqaliyanın “Sportinq” klubunun heyətində Vyanada keçirilən Qızıl liqa turnirinin bürünc medalına sahib olub. Sportarena.az xəbər verir ki, Avropanın ən güclü klublarını bir araya gətirən komanda yarışında “Sportinq” klubu öncə Rusiyanın “Dinamo Alanye” kollektivini məğlub edib – 4:1.
Ancaq yarımfinalda Gürcüstanın “Fifhter Tbilisi” klubuna 2:3 hesabı ilə məğlub olub. Portuqaliya komandası 3-cü yer uğrunda görüşdə ev sahiblərinə – “Galaxy Tigers Vienna” klubuna 4:1 hesabı ilə qalib gəlib.
Beləliklə, Rüstəm Orucov şəxsi mükafatlarına “Sportinq”in heyətində qazandığı bürünc medalı da əlavə edib.