"Azərbaycana məğlubiyyət çox şeydən xəbər verir" - Syomin

18:24 22 Dekabr 2015

"Seçmə mərhələdə Azərbaycan millisinə məğlubiyyət çox şeydən xəbər verir. Yığmada qələbə ruhlu futbolçuların olması üçün onlar ilk öncə ispanlar və almanlar kimi öz səviyyələrindəki komandalara qalib gəlməlidirlər. Bəzən olur ki, Avropada ikinci pilləni tuturuq. Ancaq bunu tendensiyaya çevirə bilmirik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun sabiq baş məşqçisi Yuri Syomin deyib. Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının hazırkı durumu haqda danışan mütəxəssis yığmanın Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə 0:3 hesabı ilə uduzmasına münasibət bildirib:

 

"Həmin futbolçular daha sonra normal futbol sərgiləmirlər. Onları daim əsas heyətdə oynamaları üçün hətta birinci liqaya da icarəyə vermək olar. Bu futbolçular üçün artıq gənclər millisində oynamaq maraqlı olmasa da, birinci liqada inkişaf edəcəklər. Məsələn, Ramil Şeydayev "Rubin"ə keçdi, ancaq ehtiyatda qaldı. Hərçənd artıq əsas yığma üçün hücumçunun yetişdiyini düşünürdük. Burada menecerlərdən də çox şey asılıdır".


Digər xəbərlər

Xəbər xətti