"Barselona"nın türkiyəli futbolçusu Arda Turan "The Guardian" qəzetinin keçirdiyi "İlin ən yaxşı 100 futbolçusu" siyahısında yer alıb.
Sportarena.az xəbər verir ki, 2015-2016-ci il sezonunda yalnız millidə forma geyə bilən Arda keçən il bu siyahıda 38-ci yerdə qərarlaşmışdı. Türkiyəli ulduz bu il 40 sıra geriləyərək 78-ci olub.